Vətəndaşları terror təşkilatına cəlb etməkdə təqsirli bilinən şəxs saxlanıldı


  • 11:48

Rusiya vətəndaşlarını terrorçu təşkilata cəlb etməkdə şübhəli bilinən Tuapse sakini saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təqsirləndirilən şəxs Soçi Beynəlxalq Hava Limanında digər 2 şəxslə birlikdə saxlanılıb.

Onun terror təşkilatları ilə əlaqəsinə və vətəndaşların həmin təşkilatlara cəlb etdiyi müəyyən edilib.

Məlum olub ki, o xarici kuratorun göstərişi əsasən hərəkət edib.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1 və 205.5-ci maddələri ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər