- 14:45
Türkiyənin paytaxtı Ankarada fabrikdə güclü yanğın başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Yenimahalle rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Qruplar hazırda alovu nəzarət altına almağa çalışır.
Humay Eminqızı