- 14:45
Latviya hökuməti ukraynalı qaçqınlara maliyyə yardımını azaltmağı planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 2026-cı ildə maliyyələşdirmə 25 milyon avro azaldılaraq 40 milyon avroya endiriləcək.
Proqram çərçivəsində Ukrayna vətəndaşları üçün tibbi xidmətlər artıq ödənişli olacaq.
Həmçinin işə başlamaq üçün birdəfəlik müavinət və ictimai nəqliyyatda pulsuz gediş hüququ ləğv ediləcək.
Humay Eminqızı