- 15:24
İndoneziyanın Şərqi Nusa Tenggara əyalətindəki Levotobi Laki-Laki vulkanı püskürüb.
E-huquq.az xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatlarına görə püskürmə yerli vaxtla səhər saatlarında baş verib.
Daha sonra yaranan kül və tüstü təxminən 10 kilometr yüksəkliyə qalxıb.
Sakinlərə vulkana yaxınlaşmamaq və maska taxmaq barədə xəbərdarlıq edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Humay Eminqızı