Rusiyada daha 2 nəfər saxta spirtli içkidən öldü


  • 13:35

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərin birində kişi və qadın meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, sözügedən mənzildə tərkibi maye ilə dolu şüşələr müəyyən edilərək ekspertizaya göndərilib.

İlkin məlumata görə cütlük 2 həftə öncə vəfat edib. Onların saxta spirtli içkidən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olma) ilə cinayət işi açılıb.

İstintaq Komitəsinin son məlumatlarına görə, saxta spirtli içki səbəbindən 45 nəfər həyatını itirib.

Humay Eminqızı

Oxşar xəbərlər