- 15:24
Çinin şərqindəki Şandun əyalətinin gömrük işçiləri 60 min xəritənin ölkəyə girişinə qadağa qoyub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər Tayvanın xəritələrdə səhvə yol verdiyini açıqlayıb.
Belə ki, xəritələrdə Cənubi Çin dənizindəki əsas adaların olmamasını əsas gətirən Çin rəsmiləri bu addımı atıb.
Çin Gömrük idarəsi xəritələrin ölkənin milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirəcəyini bildirib.
Bəyanatda qeyd olunub ki, yol verilən səhv Filippin və Vyetnam kimi qonşu ölkələrlə gərginliyə səbəb olub.
Qeyd edək ki, əvvəllər də oxşar səbəblərlə Çində çoxsaylı xəritələr məhv edilib. Müsadirə edilən xəritələrin hamısının məhv ediləcəyi bildirilib.
Humay Eminqızı