- 15:24
İndoneziyanın Riau əyalətində neft tankerində yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Hadisənin yerli vaxtla səhər saatlarında, Batam şəhərindəki gəmi təmiri zavodundakı MT Federal II neft tankerində baş verdiyi bildirilib.
İlkin məlumatlara görə hadisə nəticəsində 10 nəfər ölüb, 18 nəfər yaralanıb.
Polis hadisə zamanı tankerdə neft daşınmadığını təsdiqləyib.
Hazırda yanğının səbəbləri araşdırılır.
Humay Eminqızı