Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edib, yaralananlar var


  • 09:20

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

Oxşar xəbərlər

  • 24 Oktyabr 23:13
İtaliyada zəlzələ oldu