Tramp Putinlə yalnız sülh razılaşmasına əmin olduğu halda görüşəcək


  • 25 Oktyabr 23:24

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib.

E-huquq.az xəbər verir ki, bunu o, Asiya turnesi çərçivəsində Malayziyaya gedərkən təyyarədə jurnalistlərə açıqlayıb.

"Biz razılaşma əldə edəcəyimizdən əmin olmalıyıq", - deyə Amerika lideri Putinlə nə vaxt görüşməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.

Oxşar xəbərlər

  • 24 Oktyabr 23:13
İtaliyada zəlzələ oldu