- 12:01
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfərə yollanıb.
E-huquq.az xəbər verir ki, bu barədə o, “Truth” sosial platformasında bildirib.
“İndicə Malayziyanı tərk etdim. Bu, gözəl və çox parlaq bir ölkədir. Böyük ticarət razılaşmaları və nadir torpaq metalları ilə bağlı sazişlər bağladım. Dünən isə Tayland və Kamboca arasında sülh müqaviləsini imzaladım. Müharibəyə yox! Milyonlarla həyat xilas edildi. Bunu etmək böyük şərəfdir. İndi isə Yaponiyaya gedirəm!” — deyə prezident bildirib.
Trampın Yaponiyaya səfəri 27–29 oktyabr tarixlərində baş tutacaq.
Səfər çərçivəsində ABŞ prezidenti Yaponiyanın yeni baş naziri Sanae Takaichi ilə danışıqlar aparacaq, həmçinin imperator Naruhitonun qəbulunda olacaq.
Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq.
Humay Eminqızı