Dörd jandarma əməkdaşı yol qəzasında yaralandı


  • 11:58

Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyanın İlgın rayonunda jandarma əməkdaşlarını daşıyan avtomobil idarəetməni itirərək xəndəyə aşıb.

Qəza nəticəsində 4 əsgər yaralanıb.

Hadisə yerinə jandarma və tibb qrupları sövq edilib.

Yaralanan 4 əsgər təcili yardımla İlgın Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər