- 15:24
Almaniyada quş qripinə yoluxma hallarının artması ilə əlaqədar olaraq 400 min ev quşu məhv edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fiedrich Loeffler İnstitutu (FLI) məlumat yayıb.
Bildirilib ki, 30 fermada 400 min toyuq, ördək, qaz və hinduşkanın məhv edildİB.
İndiyədək ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və Brandenburqda qeydə alınıb.
Brandenburqdakı Markiş-Oderland bölgəsində quş qripi səbəbiylə əlavə 130 min heyvanı məhv ediləcək.
Əvvəllər həmin rayonda 150 min ev quşu məhv edilib.
Qeyd edək ki, Almaniyada quş qripinə görə 2020-2021-ci illərin qış aylarında 2 milyondan çox ev quşu məhv edilməli olub.
Şəbnəm Mehdizadə