- 15:24
ABŞ-yə məxsus hərbi helikopter və döyüş təyyarəsi Cənubi Çin dənizinə düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.
Məlumata görə, havaya qalxan MH-60R Sea Hawk helikopteri və F/A-18 Super Hornet döyüş təyyarəsi dünən təxminən yarım saat fərqlə Cənubi Çin dənizinə düşüb.
Yerli vaxtla 14:45-15:15 arasında baş verən qəzalardan sonra təyyarədən aşağı atlayan iki pilot və helikopterin üç ekipaj üzvü dənizdən xilas edilib.
Qəzaların səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə