- 15:24
Türkiyənin Uşak şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Uşakın Eşmə rayonunda fəhlələri daşıyan mikroavtobus aşıb.
Qəza nəticəsində 23 nəfər xəsarət alıb.
Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.
Qəzada yaralanan 23 fəhlə təcili yardım maşını ilə Eşmə Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə