- 17:49
ABŞ-də 40 milyondan çox insanı əhatə edən ərzaq yardımı proqramı noyabr ayından etibarən dayandırılacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qərara səbəb kimi hökumətin fəaliyyətini dayandırması olub.
ABŞ əhalisinin səkkizdə birinə fayda verən Əlavə Qidalanma Yardım Proqramı (SNAP) bir çox ailənin ərzaq büdcəsinin mühüm tərkib hissəsidir. Orta hesabla dörd nəfərdən ibarət ailə bu proqram çərçivəsində ayda təxminən 715 dollar alır ki, bu da gündə adambaşına təxminən 6 dollara bərabərdir.
Bu ayın əvvəlində Tramp administrasiyası yardımı davam etdirə biləcək ehtiyat fondun vəsaitlərindən istifadə etməkdən imtina edib. Ağ Ev bu pulu təbii fəlakətlərdən zərərçəkənlərə ayırmaq istəyir.
Şəbnəm Mehdizadə