- 17:49
İsrailin hücumları nəticəsində son 2 gün ərzində səkkiz nəfər nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son 48 saat ərzində Qəzza zolağının xəstəxanalarına 13 yaralı daxil olub.
Nazirliyin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 68 527 nəfər ölüb, 170 395 nəfər yaralanıb.
Şəbnəm Mehdizadə