Zaqatala Rayonu İcra Hakimiyyəti abadlıq işlərinə 45 min manat xərcləyəcək


  • 17:49

Zaqatala Rayonu İcra Hakimiyyətinin Şəhərdaxili küçələrdə, kommunal binaların həyətlərində, səkilərdə və meydanlarda aparılacaq (Zaqatala şəhəri Faiq Əmirov küçəsi 286 saylı binanın həyəti) abadlıq işlərinin davamı ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "İstehsal Təmir Sahəsi" MMC olub.

Məlumata görə, qalib şirkətə 45.368,37 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər