- 17:37
İngiltərədə son 3 ildə tibb bacılarına qarşı qeydə alınan irqçi hadisələrin sayı 55% artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İngiltərədəki tibb bacılarını təmsil edən Kral Tibb bacısı Kollecinin (RCN) dərc edib.
Məlumatlara görə, hər gün orta hesabla üç tibb bacısı irq əsaslı ayrı-seçkiliyə görə RCN-nə müraciət edir.
Müraciətlərin sayı 2022-ci ildə təxminən 700, 2023-cü ildə 800 və 2024-cü ildə isə 900-dən çox olub. Bu ilin sonuna qədər müraciətlərin sayının 1000-dən çox olacağı gözlənilir.
“Səhiyyə xidmətlərində irqi ayrı-seçkilik hallarının artması utancvericidir” – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə