"Grokipedia" istifadəyə verilib


  • 16:14

İlon Mask süni intellektlə təchiz edilmiş onlayn ensiklopediya olan “Grokipedia”nı rəsmi olaraq istifadəyə verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Mask yeni platformanı bəşəriyyət həlledici addım kimi qiymətləndirib.

Vikipediyada məzmun könüllü redaktorlar tərəfindən yaradılıb redaktə edilir. Lakin “Grokipedia”da məzmun "Grok" adlı süni intellekt tərəfindən yoxlanılır. İstifadəçilər birbaşa məzmunu redaktə edə bilməzlər, lakin dezinformasiyanı müəyyən etmək üçün təkliflər təqdim edə bilərlər.

Lakin iki platforma arasındakı məzmun fərqləri diqqəti çəkir.

"Grokipedia" 885,000 məqalə ilə fəaliyyətə başlayıb. Sayt "0.1" versiyası ilə etiketlənib ki, bu da gələcəkdə əlavə yeniləmələrin ediləcəyini göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər