"Hava məkanımızın və ya ərazimizin hər hansı şəkildə pozulmasını qəbul etməyəcəyik"


  • 16:49

"Biz hava məkanımızın və ya ərazimizin heç bir şəkildə pozulmasını qəbul etməyəcəyik".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen söyləyib.

Sədr Stokholmda Şimal Şurası Zirvə Toplantısından sonra birgə mətbuat konfransında bəzi məqamlara toxunub.

Oktyabrın 23-də keçirilən Aİ Liderlər Zirvə toplantısında Avropanın 2030-cu ilə qədər müdafiə hazırlığı üçün yol xəritəsini irəlilətmək qərarına gəldiyini qeyd edən sədr Ukraynaya güclü dəstəyi necə davam etdirəcəklərini də müzakirə etdiklərini bildirib.

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya potensial krediti ilə bağlı sualı cavablandıran sədr Aİ Şurasının 2026 və 2027-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarını ödəmək öhdəliyinə görə böyük məmnunluq və minnətdarlığını bildirib.

"Uzun müddətli bir prosesin içindəyik. Biz Ukraynanın maliyyə ehtiyaclarını qarşılamağa hazırıq və nə qədər uzun olsa da, Ukraynanın yanında olmağa davam edəcəyik" - deyə sədr bildirib.

Litvanın hava məkanını pozulmasını sədr təxribat kimi qitmətləndirib:

“Bu, təxribatdır. Bu, əsl hibrid təhlükədir və biz hava məkanımızın və ya ərazimizin hər hansı şəkildə pozulmasını qəbul etməyəcəyik. Buna görə də hazırlıq yol xəritəsinin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər