"ChatGPT" istifadəçiləri arasında intihar və psixoz halları qeydə alınıb


  • 17:10

ChatGPT istifadəçiləri arasında psixoz, mani və ya intihar düşüncələri kimi psixi sağlamlıqla bağlı fövqəladə hallar haqqında yeni məlumatlar yayımlanıb.

E-huquq.az xəbər verir ki, OpenAI-nin məlumatına görə, bu simptomlar həftəlik aktiv istifadəçilərin təxminən 0,07 faizində müşahidə olunur.

Ekspertlərin fikrincə, həftəlik 800 milyon istifadəçisi olan platformada bu göstərici yüz minlərlə insan deməkdir.

Şirkət belə halları müəyyən etmək və təhlükəsiz reaksiya mexanizmlərini inkişaf etdirmək üçün 60 ölkədən 170-dən çox psixiatr, psixoloq və ümumi praktikantla əməkdaşlıq etdiyini açıqlayıb.

OpenAI həmçinin bildirir ki, istifadəçi söhbətlərinin 0,15 faizində intihar planları və ya niyyətləri ilə bağlı əlamətlər qeydə alınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər