Cənubi Koreya prezidenti Trampdan nüvə yanacağı yardımı istəyib


  • 10:35

Cənubi Koreya Respublikasının prezidenti Li Çje Myon ABŞ prezidenti Donald Tramp ilə görüşündə atom mühərrikli sualtı qayıqlar üçün nüvə yanacağının tədarükü ilə bağlı Vaşinqtonun yardımını istəyib.

Prezident bildirib ki, onlar nüvə silahlı sualtı qayıqlara can atmırlar. Atom mühərrikli sualtı qayıqlara can atırlar, çünki adi sualtı qayıqların imkanları məhduddur.

“Əgər siz nüvə sualtı qayıqları üçün nüvə yanacağının tədarükünə icazə versəniz və dəstəkləsəniz, biz gəmiqayırmada kömək edəcəyik”- Li Çje Myon bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər