- 13:01
Rusiyanın Stavropol diyarında nəqliyyat obyektinə planlaşdırılan terror aktının qarşısını alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
İş üzrə şübhəli bilinən Georgiyevsk sakini saxlanılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs “Telegram” vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nəzarətində olan Ukrayna terror təşkilatının nümayəndəsi ilə öz təşəbbüsü ilə əlaqə yaradıb və onun göstərişi ilə bölgənin nəqliyyat infrastruktur obyektinin sonradan partladılması məqsədilə foto və video çəkilişini həyata keçirib.
2025-ci ilin oktyabrında o, idarəçisinin göstərişi ilə pərakəndə satış şəbəkəsindən əldəqayırma partlayıcı qurğu hazırlamaq məqsədi ilə komponentlər alıb.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq) ilə cinayət işi açıb.
Humay Eminqızı