- 13:58
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda 7 mərtəbəli bina çöküb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaeli valisi İlhami Aktaş hadisə zamanı içəridə 5 nəfərdən ibarət bir ailənin olduğunu və xilasedicilərin dağıntılar arasında araşdırma apardıqlarını açıqlayıb.
Binanın hansı səbəbdən çökməsi hələlik məlum deyil.
Çökmənin səbəbi ilə bağlı araşdırmalar davam edir
Daxili işlər naziri Əli Yerlikaya da hadisə ilə bağlı açıqlama verərək binanın dağıntıları altında 5 nəfərin qalmış ola biləcəyini deyib.
Nazir bildirib ki, xilasetmə işlərinə 147 axtarış-xilasetmə işçisi, QHT və bələdiyyə qrupları cəlb edilib.
Şəbnəm Mehdizadə