- 14:49
Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları İŞİD-ə qarşı keçirdiyi əməliyyat çərçivəsində barəsində həbs qətimkan tədbiri seçilən 19 şübhəlidən 18-i yaxalanıb.
Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar zamanı çoxsaylı təşkilati nəşrlər və rəqəmsal materiallar ələ keçirilib.
Komandalar digər şübhəlinin tutulması üçün işlərini davam etdirir.
Şəbnəm Mehdizadə