- 15:29
183 milyon "Gmail" istifadəçisinin elektron poçt ünvanı və şifrəsi sızdırılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, məlumat sızmasının 2025-ci ilin aprel ayında baş verdiyi bildirilir.
Lakin hadisə bu yaxınlarda məlumatların pozulmasını izləmə saytı Have I Been Pwned tərəfindən aşkar edilib.
Mütəxəssislərin fikrincə, bu, hakerlərə təkcə Gmail hesablarına deyil, eyni e-poçt ünvanları ilə əlaqəli digər platformalara da giriş əldə etməyə imkan verə bilər.
Saytı idarə edən təhlükəsizlik eksperti Troy Hunt, sızan məlumatların müxtəlif mənbələrdən onlayn olaraq toplandığını deyib.
Bu günə qədər Have I Been Pwned platforması 917 müxtəlif məlumat pozuntusunu və 15 milyarddan çox hesab təfərrüatını izləyib.
Kibertəhlükəsizlik mütəxəssisləri bildirir ki, son zamanlar süni intellektlə işləyən məlumatların pozulması səbəbindən belə hücumlar artıb.
Şəbnəm Mehdizadə