- 15:29
Türkiyənin paytaxtı Ankarada dolu yağıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbərverir ki, Ankaranın bəzi yerlərində güclü yağış, Gölbaşı və Beypazarı rayonlarında isə arabir dolu yağıb.
Beypazarında dolu əkin sahələrinə ziyan vurub.
Ayaş rayonundakı Çanıllı məhəllə məscidinin minarəsi fırtına zamanı uçub. Aşan minarə evin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, məscid və evin bir hissəsinə ziyan dəyib.
Meteorologiya İdarəsinin məlumatına görə şəhərin şimal-qərb rayonlarında intensiv yağış yağacağı gözlənilir.
Ankara Valiliyi əhaliyə ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə