ABŞ-də meymunları daşıyan yük maşını aşıb


  • 13:58

ABŞ-nin Missisipi ştatında meymunları daşıyan yük maşını aşıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı qaçan meymunlardan biri istisna olmaqla, hamısı öldürülüb.

Yük maşınında olan meymunların dəqiq sayı hələ müəyyən edilməyib.

Meymunlar Luiziana ştatının Nyu Orleanda yerləşən Tulane Universitetinin Milli Biotibbi Tədqiqat Mərkəzində saxlanılıb və elmi-tədqiqat işlərində istifadə olunurmuş.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər