"Apple" şirkətinin bazar dəyəri 4 trilyon dolları ötdü


  • 14:49

"Apple" şirkətinin bazar dəyəri 4 trilyon dolları keçib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri çərşənbə axşamı 0,1 faiz bahalaşaraq yüksəliş trendini davam etdirib.

Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflər, süni intellekt məhsullarındakı gecikmələr və yerli istehsala təzyiqlər səbəbindən ilin ilk aylarında əhəmiyyətli dəyər itkisi yaşayan "Apple" aprel ayında cəmi bir ticarət günündə 310 milyard dollar itirib. Bununla belə, son həftələrdəki bərpa brendin hələ də investor inamını qoruduğunu göstərir.

Qeyd edək ki, "Apple" 2018-ci ilin avqustunda 1 trilyon dollar dəyər qazanan ilk açıq ticarət şirkəti olub. Şirkət 2020-ci ildə 2 trilyon dolları, 2022-ci ildə isə 3 trilyon dolları ötdü və 2023-cü ilin iyununda bu səviyyəni bağladı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər