- 16:32
Braziliyada "Comando Vermelho" cinayət təşkilatının bölgədə yayılmasının qarşısını almaq məqsədi ilə 2500 polisin cəlb edildiyi əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rio-de-Janeyro əyalətinin qubernatoru Klaudio Kastro məlumat verib.
Əməliyyatlar Alemao və Penha bölgələrində həyata keçirilib.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin silahlı müqavimətlə qarşılaşdığını bildirən Kastro, nəticədə ilkin məlumatlara görə, dördü polis olmaqla 60 nəfərin həyatını itirdiyini bildirib.
İş üzrə 81 nəfərin saxlanıldığı bildirilib.
Əməliyyatlar davam edənə qədər sakinlərə evdə qalmaları barədə xəbərdarlıq edib.
Humay Eminqızı