- 16:32
Gecələr süni işığa məruz qalma ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat JAMA Network Open jurnalında dərc edilən bir araşdırmada yer alır.
Belə ki, yataq otağında parlaq işıq altında yatan insanların ürək çatışmazlığı riskinin 56 faiz, koronar arteriya xəstəliyinə tutulma riskinin 32 faiz və insult riskinin 28 faizdən daha çox olduğu müəyyən edilib.
Tədqiqatın müəlliflərindən biri olan Dr.Daniel Windred, 2013-2022-ci illər arasında iştirakçılardan alınan 13 milyon saatlıq işıq məlumatını araşdırıb.
O, bu araşdırmanın bu günə qədər aparılan ən əhatəli analiz olduğunu söyləyib.
Tədqiqat Böyük Britaniyada 40-69 yaş arası təxminən 89.000 insanı əhatə edib.
Mütəxəssislərin fikrincə, süni işıq melatonin hormonunun istehsalını maneə törətməklə və ürək-damar sisteminə zərər verməklə yuxu dövrünü pozur.
Penn State Universitetinin Yuxu Tədqiqat Mərkəzinin alimi Dr. Julio Fernandez-Mendoza bildirib ki, işıq bədən ürək döyüntüsünü, stress hormonlarını, qan şəkərini və insulini artırır və iltihaba səbəb olur.
Lakin alimlərin fikrincə, gün işığı ürək üçün faydalıdır. Belə ki, araşdırmalara görə, gün ərzində kifayət qədər təbii işığa məruz qalmanın ürək sağlamlığına müsbət təsirləri var.
Alimlər yatmazdan ən azı dörd saat əvvəl ekrandan, parlaq rəqəmsal saatlardan istifadəni azaltmağı tövsiyə edir.
Şəbnəm Mehdizadə