- 16:32
ABŞ Koreya Respublikası ilə tarif sazişi üzrə razılığa gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump Cənubi Koreya Prezidenti Li Çje Myon ilə Kyongçuda keçirilən rəsmi naharda danışıb.
Xatırladaq ki, iyulun sonunda Cənubi Koreya və ABŞ razılaşması nəticəsində Vaşinqton gömrük rüsumlarını 15%-ə endirməyi qəbul edib, əvəzində isə Cənubi Koreya ABŞ iqtisadiyyatına 350 milyard dollar investisiya qoymağı və 100 milyard dollar dəyərində enerji resursları alacağına söz verib. Sentyabrda Li Çje Myon bəyan edib ki, ABŞ-a edilən investisiyalar valyuta mübadiləsi haqqında razılaşmalar olmadan Cənubi Koreyada maliyyə böhranına səbəb ola bilər.
Oktyabrın 26-da Tramp bəyan edib ki, Vaşinqton Cənubi Koreya ilə tarif razılaşması əldə etməyə yaxındır.
Humay Eminqızı