"Microsoft" və OpenAI arasında 500 milyard dollarlıq müqavilə imzalanıb


  • 16:19

"Microsoft" və OpenAI, ChatGPT 500 milyard dollar dəyərində müqavilə imzalayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yeni struktura əsasən, Microsoft OpenAI Group PBC-də təxminən 135 milyard dollar və ya 27% dəyərində paya sahib olacaq. Şirkət bu günə qədər OpenAI-a 13,8 milyard dollar sərmayə qoyub ki, bu da təxminən 10 dəfə gəlir gətirir.

Müqavilədən sonra “Microsoft”un səhmləri 2,5 faiz artıb. Şirkətin bazar dəyəri yenidən 4 trilyon dolları ötüb.

Yeni tənzimləmə, iki şirkətin ən azı 2032-ci ilə qədər sıx əməkdaşlıq etməsini nəzərdə tutur.

Belə ki, OpenAI “Microsoft”un Azure bulud xidmətlərindən 250 milyard dollar dəyərində xidmətlər alacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər