Qlobal temperaturun artması hər dəqiqədə bir nəfərin ölümünə səbəb olur


  • 16:32

Qlobal temperaturun artması hər dəqiqə dünyada bir nəfərin ölümünə səbəb olur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat London Universitet Kolleci (UCL) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində hazırlanan 2025-ci il Lancet Countdown İqlim və Sağlamlıq Hesabatında yer alır.

Universitetin alimi Dr. Marina Romanello bildirib ki, bu hesabat bütün dünyada insan həyatını və dolanışıq vasitələrini məhv edən dağıdıcı vəziyyəti açıq şəkildə ortaya qoyur:

“İqlim dəyişikliyinin yumşaldılmasında və uyğunlaşmasında gecikmələr hər il milyonlarla insanın ölümünə səbəb olur" - deyə o əlavə edib.

Araşdırmaya görə, 1990-cı illərdən bəri istiliklə bağlı ölüm halları 23 faiz artıb. 2012-2021-ci illər arasında hər il orta hesabla 546.000 insan həddindən artıq istilər səbəbindən dünyasını dəyişib. Bu, hər dəqiqə bir ölüm deməkdir.

Hesabata görə, hökumətlər 2023-cü ildə qalıq yanacaq şirkətlərinə gündəlik 2,5 milyard dollar birbaşa subsidiya ayırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər