- 12:34
Parisdəki Luvr Muzeyində oğurluqla bağlı həbs edilən iki şübhəli əməlini etiraf edib.
E-huquq.az xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Məlumata görə onlar həbs olunublar.
Oğurlanmış qızıl-zinət əşyaları isə hələ tapılmayıb.
Şənbə axşamı saxlanılan iki şübhəli dörd gün ərzində dindirilib.
Onlardan biri 34 yaşında olan Əlcəzair vətəndaşıdır. O daha əvvəl yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunub. Hadisə yerində tapılan skuterdəki DNT nümunələri vasitəsilə o müəyyən edilib.
Digər şübhəli isə 39 yaşlı, qeyri-qanuni taksi fəaliyyəti və kuryerliklə məşğul olan Fransa vətəndaşıdır. Daha əvvəl oğurluğa görə məhkum edilmiş bu şəxsin DNT-si də sındırılmış vitrinin şüşəsində tapılıb.
İş üzrə şübhəli bilinən digər şəxslərin axtarışları davam edir.
Humay Eminqızı