Türkiyədə təkrar emal müəssisəsində güclü yanğın olub


  • 10:17

Türkiyənin Samsun şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Samsunun Bafra rayonunda yerləşən müəssisədə naməlum səbəbdən yanğın başlayıb.

Alov tez bir zamanda obyektin digər hissələrinə də keçərək sürətlə yayılıb.

Hadisə yerinə 13 yanğınsöndürən maşını, su şırnaqları və canlı qüvvə göndərilib.

Samsun valisi Orhan Tavlı hadisə yerində olub.

Bir müddət sonra yanğın nəzarətə götürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər