Türkiyənin ən yüksək zirvəsi olan Ağrı Dağında qarda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Doğubəyazıt rayonunun Bəzirhane kəndi və Balık Gölü yaxınlığında iki nəfəri daşıyan avtomobil qarda qalıb.
əraziyə AFAD və Taşlıçay Rayon Jandarma Komandanlığının qrupları göndərilib.
Avtomobilləri qarda qalan 2 nəfər qruplar tərəfindən xilas edilib.
Onlarpın səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
