İrkutsk şəhərində 2026-cı ildən turist vergisi tətbiq ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə İrkutsk Şəhər Duması məlumat yayıb.
"Deputatlar İrkutskda turist vergisinin tətbiqini təsdiqləyiblər. O, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək və turistlərin özlərindən deyil, mehmanxana biznesindən əldə olunan gəlirlərdən tutulacaq", – məlumatda deyilir.
2026-cı ildə vergi dərəcəsi 1% olacaq, sonra 2030-cu ilə qədər hər il bir faiz artacaq. Minimum vergi məbləği gündə 100 rubl təşkil edir.
Humay Eminqızı
