- 15:21
 
                     
            ABŞ-nin Nyu-York şəhərində qəribə oğurluq hadisəsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 16-da, saat 14:20 radələrində Queens şəhərinin Yamayka Hills məhəlləsində baş verib.
Nyu York Polis Departamentinin (NYPD) məlumatına görə, fəhlə geyimində olan 3 şübhəli şəxs evin arxa qapısını zorla açaraq içəri daxil olub. Daha sonra onlar seyf və zinət əşyalarını oğurlayaraq qaçıblar.
Polis hadisə nəticəsində xəsarət alan olmadığını, lakin araşdırmaların davam etdiyini bildirib. Şübhəlilər hələ də tutulmayıb.
Rəsmilər oğruların peşəkar planla fəaliyyət göstərdiklərini və bu soyğunun son illərin ən diqqət çəkən zinət əşyaları oğurluğundan biri olduğunu bildirib.
Şəbnəm Mehdizadə