Karib hövzəsi ölkələrində “Melissa” qasırğası zamanı 30-dan çox insan həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin “NBC” telekanalı məlumat verib.
Məlumata görə, ən çox itki azı 25 nəfər olmaqla Haitidə qeydə alınıb .
Yamayka və Dominikan Respublikasında da ölüm halları qeydə alınıb.
ABŞ Milli Qasırğa Müşahidə Mərkəzinin son məlumatına görə, “Melissa” Bahama adalarına doğru hərəkət edir.
Son saatlarda qasırğa zəifləyərək Saffir–Simpson şkalasına əsasən birinci kateqoriyaya enib.
Onun mərkəzində küləyin sürəti saniyədə 28 metr təşkil edir.
Humay Eminqızı
