- 17:29
Slovakiya parlamenti şəhər səkilərində maksimal sürət həddini saatda 6 kilometr müəyyən edən qanun layihəsini qəbul edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəyişiklik piyadaları səkilərdə daha yavaş getməyə məcbur edəcək.
Qaydaya əsasən, səkidə olan piyadalar, həmçinin velosipedçilər, skeytbordlar, skuterlər və elektron skuterlər bu sürət həddinə riayət etməli olacaqlar.
Qanuna edilən dəyişikliyin məqsədi, xüsusən də skuter istifadəçiləri və piyadalar arasında artan toqquşmaların qarşısını almaqdır.
Deputat Lubomir Vaznı bildirib ki, tənzimləmə səkilərin təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.
Yeni qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Mütəxəssislərin fikrincə, orta gediş sürəti 4-5 km/saat arasında dəyişir. Britaniya Ürək Fondu bildirir ki, 6,4 km/saat yaxşı vəziyyətdə olan insan üçün "orta temp" hesab olunur.
Lakin qanuna edilən dəyişiklik müxalifət partiyaları və Daxili İşlər Nazirliyi tərəfindən tənqid edilib. Nazirlik səkilərdə elektron skuterlərin tam qadağan edilməsinin sürət həddini aşmaqdan daha məqsədəuyğun olacağını bildirib.
Şəbnəm Mehdizadə