- 17:29
Almaniya hökuməti 2026-cı ildə bütün dünyada Holokostdan sağ çıxanların evdə qulluq xərclərinə 923,9 milyon avro ayıracaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qərar Almaniya Maliyyə Nazirliyi ilə aparılan müzakirələrdən sonra qəbul edilib.
Yeni büdcə Holokost qurbanlarının yaşayış şəraitini yaxşılaşdırmaq və onların evdə qayğı ehtiyaclarını ödəmək məqsədi daşıyır.
Bəyanatda həmçinin Holokost Təhsil Fondunun ümumi büdcəsinin 175 milyon avroya çatdırılması ilə 2029-cu ilə qədər uzadıldığı açıqlanıb.
Bu proqram çərçivəsində Holokostdan sağ çıxan hər adam üçün illik 1450 avro məbləğində ödənişlər davam edəcək. Tənzimləmənin sağ qalan 127 mindən çox insanı əhatə edəcəyi gözlənilir.
Dünyada təxminən 200.000 insan Holokostdan sağ qurtulub.
Bu sağ qalanların əksəriyyətinin İsrail, ABŞ və Avropa ölkələrində olduğu təxmin edilir.
Şəbnəm Mehdizadə