Tramp Si Cinpinlə görüşünün nəticələri barədə danışıb


  • 14:38

ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə görüşünün nəticələrini şərh edib.

E-huquq.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media hesabında paylaşım edib.

O, əldə olunmuş çoxsaylı razılaşmalar barədə məlumat verib.

"Çin sədri Si Cinpinlə həqiqətən gözəl görüş keçirdim. Ölkələrimiz arasında böyük hörmət var və bu, baş verənlərlə daha da güclənəcək. Biz bir çox məsələlərdə razılığa gəldik və digərləri, o cümlədən çox mühüm məsələlər həll olunmağa yaxındır", - prezident bildirib.

Onun sözlərinə görə, nadir torpaq metallarının tədarükü, Çinin Amerikanın enerji resurslarını alması, ABŞ-a narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə Pekinin yardımı, kənd təsərrüfatı ticarətinin inkişafı ilə bağlı razılaşmalar əldə olunub.

Humay Eminqızı

Oxşar xəbərlər