- 17:29
Türkiyənin İstanbul şəhərində qohumlar arasında kütləvi dava olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Esenyurt səmtində iki qohum ailə arasında mübahisə baş verib.
Mübahisə qısa zamanda davaya çevrilib və tərəflər bir-birinə bıçaq və dəyənəklə hücum edib.
Dava zamanı bıçaqlanan 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və tibb işçisi göndərilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Polis davada iştirak edən şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.
Şəbnəm Mehdizadə