Fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb


  • 15:08

Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tokatın Niksar rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus servis avtobusu ilə toqquşub. Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb, jandarma və polis qrupları cəlb edilib.

Yaralılar tibb işçiləri tərəfindən Niksar Dövlət Xəstəxanasına çatdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər