İsrail Livanın cənubuna zərbələr endirib


  • 15:13

İsrail Livanın cənubundakı Çarmak və Mahmudiyyə bölgələrinə hava hücumları həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Livan rəsmiləri hələlik hücumlar və hər hansı itki ilə bağlı açıqlama verməyib.

İsrail ordusu isə hücumları təsdiqləyib. Bildirilib ki, hava hücumları Livanın cənubundakı “Hizbullah hədəfləri”nə yönəlib.

Xatırladaq ki, 2024-cü il noyabrın 27-də İsrail və Livan arasında imzalanan atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.

Humay Eminqızı

Oxşar xəbərlər