Braziliyada narkotik əməliyyatı nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb


  • 17:29

Braziliyada "Comando Vermelho" cinayət təşkilatının bölgədə yayılmasının qarşısını almaq məqsədi ilə keçirilən əməliyyat davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin silahlı müqavimətlə qarşılaşması nəticəsində meydana gələn atışmada dördü polis olmaqla 132 nəfər həyatını itirib.

İş üzrə şübhəli bilinən daha 80 nəfər saxlanılıb. Saxlanılanlar arasında cinayət təşkilatının liderləri də var.

Humay Eminqızı

Oxşar xəbərlər