Balıkesirdə zəlzələ oldu


  • 08:54

Türkiyənin Balıkesir şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir şəhərinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 12,9 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər