Nyu-Yorkda güclü leysan səbəbindən 2 nəfər ölüb


  • 10:18

Oktyabrın 30-da Nyu-Yorka yağan güclü leysan səbəbindən 2 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams məlumat yayıb.

Məlumata görə, həyatını itirənlər leysan zamanı evin zirzəmi hissəsindən çıxa bilməyiblər

Mer hava proqnozlaşdırma sistemindəki çatışmazlıqları da etiraf edib.

Meteoroloji xidmətlərin məlumatına əsasən, şəhərin müxtəlif hissələrinə 75 mm-ə qədər yağıntı düşüb, bu da bəzi küçələrin su altında qalmasına səbəb olub.

31 oktyabrda da şəhərdə güclü külək gözlənilsə də, leysan yağışları gözlənilmir.

Humay Eminqızı

Oxşar xəbərlər