Türkiyədə ağır yol qəzası: 2 ölü, 3 yaralı


  • 10:42

Türkiyənin Uşak vilayətinin Eşme rayonunda baş verən yol qəzası faciə ilə nəticələnib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Eşme-Kula magistral yolunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb.

Zərbənin təsirindən minik avtomobili alovlanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə söndürə biliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər